Yazını böyüt
Yazını kiçilt
Dünyada ən yüksək inflyasiya prosesinin getdiyi ölkələrin siyahısı tərtib olunub.
Hafta.az-ın yazdığına görə, siyahıda birmənalı şəkildə inkişaf etməkdə olan ölkələr sıralanıb. Gözlənildiyi kimi, qardaş ölkə Türkiyənin adı siyahıda ilk beşlikdə qeyd edilib.
Məlumat üçün xatırladaq ki, TÜİK-in məlumatlarına görə, mart ayında Türkiyədə inflyasiya aylıq 3,16 faiz, illik bazda isə 68,5 faiz olub.
Siyahıda əm güclü inflyasiya hallarının yaşandığı ölkələrin ilk onluğu aşağıdakılardır:
1. Argentina, 2. Suriya, 3. Livan, 4. Türkiyə, 5. Venesuela, 6. Sudan, 7. Zimbabve, 8. Konqo, 9. Sierra Leone, 10. Fələstin.